XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Peşəkar Çövkən Liqasının qalibi müəyyənləşib
İdman 12:59 / 28.11.2025

Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının XXII turun son oyunları və mükafatlandırma mərasimi keçirilib.

Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, günün açılış görüşündə "Elit” və "Sərhədçi” komandaları qarşılaşıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Elit” komandası rəqibini 2:1 hesabı ilə məğlub edib. Bu nəticə ilə "Elit” turniri 54 xalla ikinci sırada tamamlayıb. Liqa boyunca stabil çıxışı ilə fərqlənən "Sərhədçi” isə ümumilikdə topladığı 57 xalla Peşəkar Çövkən Liqasının qalibi olub. "Polad” çövkən komandası isə 53 xal toplayaraq üçüncü yerin sahibi adını qazanıb.

Oyunlardan sonra mükafatlandırma mərasimi keçirilib. Tədbirdə ARAF-ın prezidenti Elçin Quliyev və vitse-prezident Cavid Abdullayev komandaların heyətlərinə diplomlar, medallar və birinci yerin qalibinə kubok təqdim ediblər.


7275 oxunub

InvestAZ