XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Almaniyalı futbolçu “Federal Respublika Ordeni - Cəngavər” dərəcəsi ilə təltif edilib 
İdman 12:52 / 28.11.2025
Almaniya millisinin və Madrid "Real”ının keçmiş futbolçusu Toni Kroos ötən gün Almaniyanın ən nüfuzlu mükafatlarından biri olan "Federal Respublika Ordeni - Cəngavər” dərəcəsi ilə təltif edilib.

Tədbir "Real” klubunun ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu” stadionunda təşkil olunub.

35 yaşlı veteran futbolçu təəssüratlarını bildirib. "Bilirdim ki, "Real”ın prezidenti Florentino Perez və Almaniya Prezidenti orada olacaq. Amma keçmiş komanda yoldaşlarımın da gələcəyini bilmirdim. Hətta yaxın dostum Antonio Rüdiger belə mənə deməmişdi. Bu, tam bir sürpriz oldu və mənim üçün xoşdur ki, belə yaxşı komanda yoldaşlarım və yaxşı dostlarım olub. Tədbirin "Santyaqo Bernabeu” stadionunda keçiriləcəyini eşitdikdə çox sevindim, çünki bura mükafatı almaq üçün ideal yer məhz həmin arena idi. 10 ildir burada yaşayıram və həmişə belə olacağını hiss edirəm”.

8207 oxunub

InvestAZ