XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Eduard Məmmədov Əbu-Dabidə iki qızıl medal qazandı
İdman 11:28 / 28.11.2025
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya çempionatı keçirilir.
Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, dünya və Avropa çempionu Eduard Məmmədov "Master Class" kateqoriyasında 63 kq çəki dərəcəsində kikboksinqin "Light Contact" və "Kick Light" versiyalarında qızıl medal qazanıb.
O, "Light Contact" növündə Sinqx Qurmare (Böyük Britaniya), Emanuel Kortes (Portuqaliya), Simone Kaloqeronu (İtaliya), "Kick Light" növündə isə Ola Alvarsson (İsveç), Bencamin Qallant (Kanada) və S.Kaloqeronu məğlub edib.
Bununla da Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub.
Turnirə noyabrın 30-da yekun vurulacaq.


7798 oxunub

InvestAZ