XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



“Shirvan Open 2025" Beynəlxalq Şahmat Festivalına yekun vurulub
İdman 11:20 / 28.11.2025
Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Şirvan şəhər İcra Hakimiyyəti və Şirvan şəhər Olimpiya İdman Kompleksinin təşkilatçılığı, "SOCAR"ın sponsorluğu, "Sirabın"ın tərəfdaşlığı ilə keçirilən "Shirvan Open 2025" Beynəlxalq Şahmat Festivalına yekun vurulub.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, festivalda 8 ölkədən 240-dan çox şahmatçı iştirak edib.
A qrupunun qalibi, Hindistan şahmatçısı Mayank Chakraborty olub. İkinci yerdə şahmatçımız Vüqar Rəsulov qərarlaşıb. Üçüncü yeri Hindistan şahmatçısı Subhayan Kundu tutub.
B qrupunda yarışın qalibi adını Məhərrəm Cəfərov qazanıb. İkinci və üçüncü yerə müvafiq olaraq, Əli Səlimzadə və Fuad Məmmədov layiq görülüb.
Festival çərçivəsində təşkil olunan rapid yarışının qalibi Murad İbrahimli olub. Blits turnirində isə Vüqar Manafov çempion olub.
Qeyd edək ki, festival Azərbaycan Şahmat Federasiyasının "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində keçirilən 8-ci və bu il üçün sonuncu yarışı idi.


7927 oxunub

InvestAZ