XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Qadın futbolunda görünməyən hadisə
İdman 21:55 / 27.11.2025

Qadınlar arasında futbol üzrə Norveç çempionatının iştirakçısı olan "Valerenqa" komandası barədə dopinq qalmaqalı baş verib. 

Olimpiyadunyasi.com "The Guardian"ın məlumatına istinadən xəbər verir ki, aprel ayında oyunçulardan birindən götürülmüş nümunədə DMBA stimullaşdırıcı maddə aşkarlanıb. Yalnız hərtərəfli araşdırma nəticəsində məlum olub ki, maddə onun orqanizminə süni örtük hazırlamaq üçün istifadə edilən rezin qırıntılar vasitəsilə daxil olub. Klub oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq üçün antidopinq qaydalarında dəyişikliklər edilməsini tələb edir. Bu hadisə həmçinin süni meydança materiallarının istifadəsi üçün vahid standartların olmaması ilə bağlı ətraf mühitin çirklənməsi məsələlərini də üzə çıxarıb.


7543 oxunub

InvestAZ