XƏBƏR LENTİ
27 Noyabr 2025
26 Noyabr 2025
25 Noyabr 2025
24 Noyabr 2025
23 Noyabr 2025
21 Noyabr 2025
20 Noyabr 2025



“Judo Club 2012”də Liqa yarışlarının qalibləri ilə görüş keçirilib
İdman 11:43 / 27.11.2025

Cüdo üzrə kişilər arasında 2025-ci il mövsümündə təşkil olunan üç Liqa yarışının yekun reytinq cədvəlində birinci pillədə qərarlaşan "Judo Club 2012” klubunun üzvləri ilə görüş keçirilib.

Noyabrın 26-da təşkil olunan görüşün əsas məqsədi mövsüm boyunca fərdi və komanda hesabında yüksək nəticələr göstərərək ön sıralara yüksələn cüdoçuları təbrik etmək və ilin son böyük yarışı olan Azərbaycan çempionatı öncəsi komandaya əlavə motivasiya vermək olub.
Görüşdə Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov, "Judo Club 2012”nin direktoru Fariz Mehdiyev, klubun cüdo bölməsi üzrə baş məşqçisi İmran İmanov, məşqçilər heyəti, klubun aparıcı üzvlərindən olan Murad Fətiyev, Hüseyn Allahyarov, Murad Muradlı, Rüfət Şövlətov, İbrahim Əliyev, Nazir Talıbov, Kənan Məmmədli və digər idmançılar iştirak ediblər.
Tədbirdə çıxış edən Natiq Bağırov, Fariz Mehdiyev və İmran İmanov klubun bu mövsüm Liqa yarışlarında göstərdiyi nəticələri yüksək qiymətləndirərək komanda üzvlərini təbrik ediblər. Qeyd olunub ki, mövsüm ərzində göstərilən əzmkarlıq, intizam və stabil nəticələr klubun liderliyini təmin edib. Çıxış edənlər həmçinin, dekabrın 5-7-də keçiriləcək ilin son yarışı olan böyüklər arasında Azərbaycan çempionatında idmançılara uğurlar arzulayıb, komandanın yüksək nəticələr göstərəcəyinə inandıqlarını bildiriblər.
Çıxışlardan sonra üç liqa yarışı üzrə ümumi nəticələrə əsasən, 200-dən çox reytinq xalı toplayan idmançılar klub rəhbərliyi tərəfindən pul mükafatı ilə təltif ediliblər.
Sonda klub rəhbərliyi və idmançılar xatirə şəkli çəkdiriblər.
Xatırladaq ki, üç Liqa turniri üzrə ümumiləşdirilmiş nəticələrə əsasən, "Judo Club 2012” klubu 5526 xalla reytinq cədvəlinin birinci pilləsində qərarlaşıb.


173 oxunub

InvestAZ