XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib 
İdman 23:08 / 21.11.2025
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib.
PNU stadiyonu-Şahzadə Nourah Universitetində keçirilən mərasimdə Azərbaycan nümayəndə heyəti paraddan birinci keçib. Mərasimdə üçrəngli Azərbaycan bayrağını yunan-Roma güləşi üzrə idmançımız Həsrət Cəfərov və qılıncoynatma üzrə idmançımız Səbinə Kərimova aparıb.

VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimini Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) ikinci vitse-prezidenti Çingiz Hüseynzadə tədbirin keçirildiyi stadionda izləyib.

Mərasimdə rəsmi çıxışlardan sonra İslam Həmrəyliyi Oyunlarının bayrağı növbəti İslamiadaya ev sahibliyi edəcək Malayziya komandasının rəsmisinə təqdim edilib.

Mərasim daha sonra bədii hissə ilə davam edib.

Qeyd edək ki, Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarını 59 ( 9 qızıl, 19 gümüş, 31 bürünc) medalla 10-cu pillədə bitirib.

Yarışda Azərbaycan 20 idman növündə 179 idmançı ilə təmsil olunub. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparıb.

8414 oxunub

InvestAZ