XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Pəhləvanımız İslamiadanın finalına vəsiqə qazandı
İdman 14:27 / 18.11.2025

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yunan-Roma güləşi yarışlarına start verilib.

İlk yarış günündə 4 idmançımız xalça üzərinə çıxıb. Təmsilçilərimizdən Həsrət Cəfərov (67 kq) uğurla çıxış edərək finala vəsiqə qazanıb. Olimpiya mükafatçımız yarımfinalda misirli Mohamed Abdelrehimə 4:1 hesabı ilə qalib gələrək yarıminalavəsiqə qazanıb.

Bu gün mübarizəyə başlayan digər təmsilçilərimizdən Nihat Məmmədli (60 kq) 1/4 finalda özbəkistanlı Alişer Qaniyevə 3:0 hesabı ilə məğlub olub. Digər pəhləvanımız Ülvü Qənizadə 1/8 finalda iranlı Amir Abdiyə uduzub - 0:9. Rəqibi finala vəsiqə qazandığı üçün Ü.Qənizadə təsəlliverici görüşdə iştirak edəcək.

87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov isə 1/4 finalda iranlı Qulamreza Faroxisencaniyə 3:0 hesabı ilə məğlub olub.



8226 oxunub

InvestAZ