XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



İslamiada: MOK-un vitse-prezidenti 3x3 basketbol və atletika yarışlarını izləyib
İdman 18:38 / 17.11.2025

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında 3x3 basketbol və atletika yarışlarına start verilib.
Basketbolçularımız Səudiyyə Ərəbistanının qadınlardan ibarət 3x3 basketbolçuları ilə üz-üzə gəlib. Komandamız rəqibini 21:8 hesabıyla məğlub edib. Yığmamızın növbəti rəqibi Türkiyə millisi ilə olacaq.
Atletika idman növündə üç təkanla tullanma yarışlarında isə idmançımız Yekaterina Sarıyevanın mübarizəsi davam edir.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə VI İslam Həmrəyliyi Oyunlarında basketbol və atletika yarışlarını oyunların keçirildiyi arenada izləyib.



7924 oxunub

InvestAZ