Noyabrın 14-16-da İtaliyanın Montalto Di Casto şəhərində Aralıq dənizi ölkələrinin 5-ci beynəlxalq karate turniri keçirilib.
Bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Yarışda Azərbaycan Karate Federasiyasının Samuray Karate klubunun idmançıları ölkəmizi yüksək səviyyədə təmsil edərək möhtəşəm nəticələrə imza atıblar.
Məşqçi Elmin İsayevin rəhbərliyi altında çıxış edən karateçilərimiz fərqli yaş və çəki dərəcələrində medallarla fərqləniblər. 10-11 yaşlı qızlar arasında açıq çəki dərəcəsində yarışan Viktoriya Qrımzina qızıl medala layiq görülüb. Eyni yaş qrupunda, oğlanların açıq çəki kateqoriyasında mübarizə aparan Adnan Abuşev bürünc medal əldə edib. 12-13 yaşlı oğlanlar arasında 40 kq-dan yuxarı çəki dərəcəsində döyüşən Vladimir Qrımzin isə qızıl medalla ölkəmizə böyük sevinc yaşadıb.
240 oxunub