XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Bakıda Dünya Badminton Federasiyasının seminarı başlayıb
İdman 17:35 / 17.11.2025
Milli Gimnastika Arenasında Dünya Badminton Federasiyasının (BWF) parabadminton üzrə texniki seminarına start verilib.
Noyabrın 19-na qədər davam edəcək beynəlxalq tədbirdə Avropanın 15-dən çox ölkəsindən 55-ə yaxın nümayəndə - o cümlədən parabadmintonçular və bu idman növü üzrə mütəxəssislər iştirak edir.
Seminar Beynəlxalq Paralimpiya Komitəsi (IPC), Gənclər və İdman Nazirliyi (GİN), Milli Paralimpiya Komitəsi (ARMPK), Dünya Badminton Federasiyası (BWF), Avropa Badminton Konfederasiyası (Badminton Europe) və Azərbaycan Badminton Federasiyasının (ABF) birgə dəstəyi ilə təşkil olunub. Üç gün ərzində parabadmintonun inkişafı, məşqçilik bacarıqlarının artırılması, idmançıların təsnifatı və yarışların idarə olunması mövzularında nəzəri və praktik sessiyalar keçiriləcək.
Açılış mərasimində çıxış edən ARMPK-nın baş katibi Toğrul Rəhimov və ABF-nin baş katibi Ramil Hacıyev iştirakçıları salamlayaraq seminarın ölkəmizdə təşkilinin əhəmiyyətini vurğuladılar, bu təşəbbüsə verdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinə təşəkkürlərini bildiriblər.
Seminarın keçirilməsində məqsəd milli badminton federasiyaları və paralimpiya qurumlarını bir araya gətirərək bu sahə üzrə bilik və təcrübə mübadiləsini genişləndirmək, fiziki məhdudiyyətli şəxslərin idmana inteqrasiyasını təşviq etməkdir. İştirakçılar qarşıdakı 3 gün ərzində müasir yanaşmalar, yeni qaydalar və məşq metodikaları ilə tanış olacaqlar.
Azərbaycan son illərdə bir sıra beynəlxalq badminton tədbirlərinə ev sahibliyi etməklə regionda bu idman növü üzrə badminton mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirir. Bu seminar da inklüziv idmanın və parabadmintonun inkişafına töhfə vermək məqsədi daşıyır.


8417 oxunub

InvestAZ