XƏBƏR LENTİ
17 Noyabr 2025
16 Noyabr 2025
15 Noyabr 2025
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025



Bakı 2015 Avropa Oyunlarının 10 illik yubileyi münasibətilə “Şən Startlar” yarışı keçirilib
İdman 14:33 / 17.11.2025
189–190 nömrəli tam orta məktəbdə Bakı 2015 Avropa Oyunlarının 10 illik yubileyinə həsr olunmuş "Şən Startlar” məktəblərarası idman yarışı keçirilib.

Turnir Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) tərəfindən Avropa Olimpiya Komitələrinin dəstəyi ilə təşkil olunan yubiley tədbirləri çərçivəsində reallaşıb.

Tədbirdə Olimpiya çempionu Nazim Hüseynov, Milli Olimpiya Komitəsinin əməkdaşları, məktəbin direktoru Fayaz Hüseynov iştirak ediblər.

Çıxış edənlər məktəblilərin Olimpiya Hərəkatına marağını və sağlam həyat tərzinə bağlılığını yüksək qiymətləndirərək, Bakı2015 Avropa Oyunlarının yaratdığı ruhun gənclər arasında davam etdirilməsinin önəmini vurğulayıblar. Onlar şagirdlərə uğurlar arzulayıb, Olimpiya dəyərlərinin - hörmət, dostluq və əzmkarlığın - gələcək nəsillər üçün ilham mənbəyi olduğunu qeyd ediblər.

Yarışda 7 nömrəli, 189-190 nömrəli və 2 nömrəli tam orta məktəblərin şagirdləri iştirak edib. Tədbir zamanı Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin təqdim etdiyi musiqi nömrəsi tədbirə bayram ab-havası bəxş edib, 189-190 nömrəli məktəbin şagirdləri isə rəqs kompozisiyası ilə çıxış ediblər.

"Şən Startlar” yarışmasının keçirilməsində məqsəd uşaqlarda komanda ruhunu, ədalətli oyunu və Olimpiya dəyərlərini təşviq etmək, həmçinin Bakı 2015 Avropa Oyunlarının ruhunu yenidən canlandırmaq olub.

Tədbirin sonunda bütün iştirakçı komandalar sertifikat və mükafatlarla təltif olunublar.

198 oxunub

InvestAZ