XƏBƏR LENTİ
16 Noyabr 2025
15 Noyabr 2025
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025



“Nəticə məni qane etmir” – Minayə Ələkbərova final məğlubiyyətindən danışdı
İdman 22:44 / 15.11.2025
"Finalda son saniyələrdə məğlub olaraq qızıl medalı əldən verdim".
Bu sözləri Olimpiyadunyasi.com-a müsahibəsində VI İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı olan taekvondoçumuz Minayə Ələkbərova deyib.
46 kq çəki dərəcəsində mükafatçılar sırasında yer alan idmançımız hədəfinin qızıl medal olduğunu qeyd edib.
"Finala qədər irəliləsəm də həlledici görüşdə məğlub oldum. Rəqibim güclü İran idmançısı idi. Əslində, bu nəticə məni qane etmir. Çünki mən bundan əvvəlki İslam Həmrəyliyi Oyunlarında da iştirak edərək gümüş medal qazanmışdım. İstəyirdim ki, bu dəfə qızıl medal qazanım. Amma təəssüf ki, alınmadı", - deyə Minayə Ələkbərova bildirib.
Qeyd edək ki, M.Ələkbərova həlledici görüşdə iranlı Samya Karimirahyerdiyə məğlub olaraq gümüş medal qazanıb.
244 oxunub

InvestAZ