XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Ağırlıqqaldıranlarımız İslamiadanı 11 medalla başa vurdular
İdman 18:58 / 12.11.2025
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən ağırlıqqaldırma yarışlarına yekun vurulub. 
Olimpiyadunyasi.com xəbər verir ki, Oyunların son günündə Dadaş Dadaşbəyli 110 kq çəki dərəcəsində mübarizə aparıb. 
Atletimiz Oyunlarda 2 gümüş medal qazanıb. Təmsilçimiz birdən qaldırma hərəkətində göstərdiyi 180 kq nəticə ilə ikinci olub. Təkanla qaldırma hərəkətində 211 kq çəkini başı üzərinə qaldıran komandamızın bayraqdarı, ümumilikdə 391 kq göstərici ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb. 
Qeyd edək ki, bununla da ağırlıqqaldırma üzrə Azərbaycan millisinin İslamiadada qazandığı medalların sayı 11-ə çatıb. Daha əvvəl Nuray Əbilova (48 kq) 3 bürünc, İsa Rüstəmov (71 kq) 1 gümüş və 2 bürünc, Ravin Alməmmədov (79 kq) isə 2 gümüş və 1 bürünc mükafat əldə edib.
7712 oxunub

InvestAZ