XƏBƏR LENTİ
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026



"Əgər çempionlar liqasında qalib gəlsək…" - Pedri
İdman 19:35 / 14.11.2025
"Barselona"nın yarımmüdafiəçisi Pedri komandası ilə UEFA Çempionlar Liqasında qalib gəlmək ehtimalından danışıb. "Əgər qalib gəlsək, saçımı qırxmayacağam və döymə etdirməyəcəyəm.  Çempionlar Liqasını qazansaq, nə vəd edə biləcəyimi bilmirəm. Əminliklə deyə biləcəyim tək şey odur ki, mən və komanda yoldaşlarım bunun üçün canımızı verməyə hazırıq", - deyə 22 yaşlı futbolçu AS nəşrinə verdiyi müsahibəsində bildirib. 
Qeyd edək ki, Hans-Dieter Flikin komandası dörd turdan sonra yeddi xalla ümumi turnir cədvəlində 11-ci yerdə qərarlaşıb. Komanda noyabrın 25-də Londonda "Çelsi" ilə qarşılaşacaqlar.
Xatırladaq ki, Kataloniya təmsilçisi 2015-ci ildən bəri UEFA Çempionlar Liqasında qalib gələ bilməyib.


6666 oxunub

InvestAZ