XƏBƏR LENTİ
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025
10 Noyabr 2025



Üzgüçülərimiz İslamiadanı 3 medalla başa vurdular 
İdman 22:48 / 12.11.2025
VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən üzgüçülük yarışlarına yekun vurulub.
Üzgüçülük yarışlarının son günündə təmsilçimiz Vlastilina Xasyanova beşinci yerlə kifayətlənib. O, qadınların mübarizəsində 200 m arxasıüstə üzmə yarışlarında 2:33:63 nəticə göstərib. Kişilərin mübarizəsində isə 400 m sərbəst üzmə yarışlarında Süleyman İsmayılzadə 3:55:22 nəticə ilə 4-cü olub.
Bu gün kişilərdən ibarət komandamız 100 m sərbəst üzmə yarışlarında da mübarizə aparıb. Komandamız 3:29:21 nəticə ilə 6-cı yeri tutub. Qadınların komanda yarışlarında isə millimiz 100 m sərbəst üzmə yarışlarında 4:07:68 nəticə ilə 4-cü yerlə kifayətlənib.
Beləliklə üzgüçülərimiz oyunları 1 gümüş və 2 bürünc medalla başa vurublar. Oyunların əvvəlki günlərində komandamızın üzvlərindən Ramil Vəlizadə 200 metr məsafəyə kəpənək üsulu ilə üzgüçülük yarışlarında gümüş medal qazanmışdı. Bürünc medalları isə millimizin aktivinə sərbəst üsul ilə 1500 metr məsafəyə yarışda Süleyman İsmayılzadə (15:28:42) və qadınlardan ibarət komandamız 4x200 metr məsafəyə sərbəst üsulla estafet yarışında yazdırıb.


141 oxunub

InvestAZ