XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Azərbaycan ağırlıqqaldıranı İslamiadada iki gümüş və bir bürünc medal qazanıb
İdman 18:22 / 10.11.2025

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov (79 kiloqram) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üç medal qazanıb.

Olimpiyadunyasi.com xəbər verir ki, millimizin üzvü birdən qaldırmada 155 kiloqram ağırlığın öhdəsindən gələrək, bu hərəkətdə ikinci yeri tutub. 

O, təkanla qaldırmada 190 kiloqram çəkini başı üzərinə qaldırmaqla üçüncü olub.

R.Alməmmədov iki hərəkətin cəmində isə 345 kiloqram nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, bununla da ağırlıqqaldırma üzrə Azərbaycan millisinin İslamiadada qazandığı medalların sayı 9-a çatıb. Daha əvvəl Nuray Əbilova (48 kiloqram) 3 bürünc, İsa Rüstəmov (71 kiloqram) isə 1 gümüş və 2 bürünc mükafat əldə edib.


7591 oxunub

InvestAZ