XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Ər-Riyad-2025: Azərbaycan millisi iki pillə gerilədi  - MEDAL SİYAHISI
İdman 02:58 / 10.11.2025
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının altıncı yarış günü yekunlaşıb.
Olimpiyadunyasi.com xəbər verir ki, Azərbaycan komandası günü 9 (1 qızıl, 2 gümüş, 6 bürünc) medalla başa vurub. Bununla da komandamızın medallarının sayı 17-yə (2 qızıl, 3 gümüş, 12 bürünc) çatıb.
Komandamız hazırda 6-cı pillədə qərarlaşıb. Siyahının ilk pilləsində ötən gün olduğu kimi Türkiyə yığması qərarlaşıb. Qardaş ölkənin komandasının aktivində 36 (26 qızıl, 6 gümüş, 4 bürünc) medal var. Özbəkistan komandası 4 qızıl, 9 gümüş və 4 bürünc medalla ikinci pilləni ələ keçirib. Aktivində 6 (4 qızıl, 1 gümüş, 1 bürünc) medal olan Nigeriya komandası isə üçüncü pilləni tamamlayır.
Qeyd edək ki, hazırda 22 ölkənin komandası medal qazanıb ki, onlardan da 11-i qızıl medal sevinci yaşayıb.

Ər-Riyad-2025-də medal qazanan ölkələr

12253 oxunub

InvestAZ