XƏBƏR LENTİ
10 Noyabr 2025
09 Noyabr 2025
08 Noyabr 2025



Cüdoçularımız VI İslam Həmrəyliyi Oyunlarının fərdi yarışlarını 9 medalla başa vurdular
İdman 21:43 / 09.11.2025
Cüdoçularımız VI İslam Həmrəyliyi Oyunlarının fərdi yarışlarını 9 medalla başa vurdular
Səudiyyə Ərəbistanıın paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən cüdo üzrə fərdi yarışlara yekun vurulub.
Olimpnews.az xəbər verir ki, fərdi yarışların son günündə 5 çəki dərəcəsi üzrə daha 6 idmançımız tatami üzərinə çıxıb. Cüdoçularımız günü 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar. Qızıl medalı komandamızın aktivinə Südabə Ağayeva (-70 kq) yazdırıb. Olimpiya mükafatçımız Zelim Kotsoyev (-100 kq) finalda məğlub olaraq gümüş medalla kifayətlənib. Komandamızın digər üzvlərindən Aytac Qardaşxanlı (-70 kq), Elcan Hacıyev (-90 kq) və Uşanqi Kokauri (+100 kq) isə bürünc medallara sahib olub.
Beləliklə, Azərbaycan cüdoçuları VI İslam Həmrəyliyi Oyunlarının fərdi yarışlarını 2 qızıl, 2 gümüş və 5 bürünc medalla başa vurublar.

Xatırladaq ki, yarışların ilk günündə Hidayət Heydərdov (-73 kq) qızıl, Könül Əliyeva (-48 kq) gümüş, Aydan Vəliyeva (-52 kq) və Ruslan Paşayev (-66 kq) isə bürünc medal qazanmışdı. Oyunları 9 medalla yekunlaşdıran cüdo millimiz ümumi komanda hesabında üçüncü, qadınların yarışında isə ikinci yeri tutub.

Oyunların final görüşlərini Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və vitse-prezidenti Fərid Mansurov da izləyib. MOK rəsmiləri İslamiadanın gümüş mükafatçısı Zelim Kotsoyevin mükafatlandırma mərasimində iştirak edərək, idmançımızın boynundan gümüş medalı asıb, qazandığı uğura görə təbrik ediblər.

Qeyd edək ki, cüdoçuların mübarizəsinə sabah qarışıq komanda yarışları ilə yekun vurulacaq.

85 oxunub

InvestAZ