XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Azərbaycan atıcısı dünya çempionatında gümüş medal qazanıb
İdman 17:20 / 08.11.2025

Azərbaycan atıcısı Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən ISSF dünya çempionatında gümüş medal qazanıb.

Olimpiyadunyasi.com Azərbaycan Atıcılıq Federasiyasına istinadən xəbər verir ki, idmançımız 50 metr məsafəyə tapançadan atəş açma yarışında 550 xal toplayıb.

O, həmçinin bu göstəricisinə görə yeni dünya rekordu müəyyənləşdirib.

Qeyd edək ki, həm Nigar, həm də Çin təmsilçisi Yao Qianxun eyni nəticəni göstəriblər, lakin qalib mərkəzi vuruşların sayına görə müəyyənləşib. Y.Qianxun 8x, Nigar isə 7x nəticə göstərib.


8225 oxunub

InvestAZ