XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Nazir Ər-Riyadda Azərbaycan idmançıları ilə görüşüb
İdman 13:41 / 08.11.2025

VI İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində səfərdəo olub.

Olimpiyadunyasi.com Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Fərid Qayıbov noyabrın 7-də atletlər kəndinə baş çəkib, Oyunlarda iştirak edən Azərbaycan idmançıları ilə görüşüb, onların yaşayış, məşq və qidalanma şəraiti ilə maraqlanıb, komandamızın hazırlıq prosesi barədə məlumat alıb.

Fərid Qayıbov idmançılara yarışlarda uğurlar arzulayaraq, yaradılan şəraitin daha da yaxşılaşdırılması ilə bağlı məsul şəxslərə müvafiq tapşırıqlar verib.


6664 oxunub

InvestAZ