XƏBƏR LENTİ
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025
10 Noyabr 2025



Yeniyetmə cüdoçular Abşeron-Xızı bölgəsi üzrə region birinciliyində bir araya gələcəklər
İdman 11:08 / 30.10.2025

14 yaşadək yeniyetmə cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Yarış noyabrın 1-2-də Sumqayıt Olimpiya İdman Kompleksində təşkil ediləcək.

Turnirin təşkilində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

Yarışda Abşeron, Xızı və Sumqayıtı təmsil edən 176 cüdoçu mübarizə aparacaq.



2302 oxunub

InvestAZ