XƏBƏR LENTİ
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025
10 Noyabr 2025



"Azərreyl" Çempionlar Liqasında növbəti oyununa çıxır
İdman 13:11 / 29.10.2025

Bu gün kişi voleybolçulardan ibarət "Azərreyl" klubu Çempionlar Liqasının ilkin mərhələsinin növbəti oyununa çıxacaq.

Komandamız Serbiya səfərində "Radniçki” klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da "Jezero” arenasında baş tutacaq.

Komandamız bu turu keçəcəyi təqdirdə növbəti mərhələdə "TSV Raiffeisen Hartberg” və "AKAA Volley” klublarının qalibi ilə qarşılaşacaq. Təmsilçimiz mərhələni keçə bilməsə, CEV Kubokunda 1/32 finaldan mübarizəyə qoşulacaq. Bu turnirdəki rəqib isə "ACH Volley Ljubljana” və "Orion Stars Doetinchem” cütünün qarşılaşmasının məğlub komandası olacaq.

Qeyd edək ki, "Azərreyl” Bakıda keçirilən ilk oyunda "Radniçki” klubuna 0:3 hesabı ilə uduzub.


3223 oxunub

InvestAZ