XƏBƏR LENTİ
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025
21 Oktyabr 2025



Veteran idmançılarımız İspaniyadan 2 qızıl medalla qayıdırlar - FOTO
İdman 15:13 / 28.10.2025

Oktyabrın 23-dən 26-na qədər İspaniyanın Alikante şəhərində veteranlar arasında ağırlıqqaldırma üzrə Aralıq dənizi ölkələrinin açıq çempionatı keçirilib.

Olimpiyadunyasi.com xəbər verir ki, yarışda Azərbaycan iki idmançı ilə təmsil olunub. Ölkəmizi qitə və dünya miqyaslı yarışlarda uğurla təmsil edən veteran ağırlıqqaldıranımız Zülfüqar Süleymanov 71 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, birdənqaldırmada 103 kq, təkanla qaldırmada isə 123 kq çəkinin öhdəsindən uğurla gələrək, açıq çempionatın qızıl medalına yiyələnib. "Usta Ağır Atletlər" İctimai Birliyinin sədri, veteran ağırlıqqaldıranımız Natiq Ağayev isə 110 kq dərəcəsində yarışıb. Birdənqaldırmada 81 kq, təkanla qaldırmada isə 85 kq nəticə göstərən Natiq Ağayev də fəxri kürsünün ən yüksək pilləsində yer alıb.


429 oxunub

InvestAZ