XƏBƏR LENTİ
03 Oktyabr 2025
02 Oktyabr 2025
01 Oktyabr 2025



Sərbəst güləşçimiz MDB Oyunlarından qızıl medal qazandı
İdman 19:08 / 03.10.2025
Bu gün Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində keçirilən sərbəst güləş yarışlarına start verilib. 
Yarışların ilk günündə Azərbaycan təmsilçisi Nihad Abbasov 71 kq çəki dərəcəsində qızıl medala layiq görülüb. Təmsilçimiz həlledici görüşdə rusiyalı Zubair Bagilova qalib gəlib. 
Qeyd edək ki, bu gün mübarizə aparan digər güləşçilərimizdən Nəzrin Əhmədli (46 kq) və Hacıhüseyn Əhmədzadə (51 kq) gümüş, Hüseyn Rzazadə (45 kq) isə bürünc medala sahib çıxıb. 
Güləş yarışlarına oktyabrın 7-də yekun vurulacaq. 



240 oxunub

InvestAZ