XƏBƏR LENTİ
03 Oktyabr 2025
02 Oktyabr 2025
01 Oktyabr 2025



MOK-un nümayəndə heyəti AOK-un 45-ci Seminarı və Olimpiya Həmrəyliyi formunda iştirak edir
İdman 13:59 / 03.10.2025

Oktyabrın 3-də Maltanın "DoubleTree by Hilton” hotelində Avropa Olimpiya Komitələrinin (AOK) təşkilatçılığı ilə AOK-un 45-ci Seminarı və Olimpiya Həmrəyliyi forumu öz işinə başlayıb.

 

Olimpiyadunyasi.com xəbər verir ki, forumda ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev və MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edirlər.

 

Forumun ilk günü 45-ci Avropa Olimpiya Komitələrinin (AOK) seminarı və Olimpiya Həmrəyliyi formunun rəsmi açılış mərasimi ilə başlayıb. Açılışda Malta Milli Olimpiya Komitəsinin prezidenti Yulian Peys Bonello, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos, Maltanın təhsil, idman, gənclər, tədqiqat və innovasiya naziri Klifton Qrima, habelə Avropa Komissarı Qlenn Mikallef çıxış ediblər.

 

Forumda AOK İcraiyyə Komitəsinin iclasları, komissiya sədrləri ilə görüşlər, birgə işçi sessiyaları, 10-cu Qış Piotr Nurowski Avropanın Ən Yaxşı Gənc İdmançısı mükafatının təqdimat mərasimi və AOK və Olimpiya Həmrəyliyi üzrə seminarlar keçirilib.

 

AOK-un forumu Avropanın gənc idmançılarına dəstək vermək, Olimpiya dəyərlərinin təbliği və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli rol oynayır.


328 oxunub

InvestAZ