XƏBƏR LENTİ
03 Oktyabr 2025
02 Oktyabr 2025
01 Oktyabr 2025



III MDB Oyunları: Batut gimnastlarımızdan daha iki medal
İdman 15:47 / 03.10.2025
Şəki Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində keçirilən  batut gimnastikası üzrə yarışlar sona yaxınlaşır.  
Bu gün komandamız batut gimnastikasında daha iki medal qazanıb. Təmsilçilərimiz qadınların və kişilərin sinxron proqramında bürünc medal qazanaraq ölkəmizin medal siyahısını zənginləşdiriblər. 
Əvvəlcə Selcan Mahsudova və Şəfiqə Hümbətova qadınların sinxron proqramında fəxri kürsünün üçüncü pilləsində yer alıb. 
Kişilərin yarışında isə Maqsud Mahsudov və Hüseyn Abbasov eyni nəticəni təkrarlayaraq, bürünc medala sahib olub. 
Xatırladaq ki, bu gün Maqsud Mahsudov oğlanların fərdi yarışında qızıl, Selcan Mahsudova isə qadınların fərdi mübarizəsində bürünc medala layiq görülmüşdü. 


247 oxunub

InvestAZ