XƏBƏR LENTİ
03 Oktyabr 2025
02 Oktyabr 2025
01 Oktyabr 2025
30 Sentyabr 2025



III MDB Oyunlarının idman məkanlarında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
İdman 14:09 / 27.09.2025

27 sentyabr – Azərbaycanda Anım Günü ilə əlaqədar III MDB Oyunlarının bütün idman məkanlarında saat 12:00-da bir dəqiqəlik sükut elan olunub.

Qəbələ Şəhər Stadionunda keçirilən futbol turnirinin Azərbaycan (U-16) və Tacikistan (U-16) yığmaları arasındakı oyunu da bir dəqiqəlik sükutla başlayıb. Həmçinin digər idman arenalarında da şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

III MDB Oyunlarının iştirakçıları və qonaqları Azərbaycanın qəhrəman övladlarının əziz xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.


1637 oxunub

InvestAZ