Azərbaycan komandası III MDB Oyunlarında ilk medallarını qazanıb.
Oyunların ikinci günündə stolüstü tennis üzrə qızlardan və oğlanlardan ibarət millilərimiz komanda yarışlarında gümüş medala sahib çıxıblar. Qəbələ İdman Kompleksində təşkil olunan yarışda hər iki komandamız həlledici qarşılaşmada Rusiya millisinə 2:0 hesabı ilə məğlub olub.
1814 oxunub