XƏBƏR LENTİ
18 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



III MDB Oyunları: Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək
İdman 10:21 / 01.10.2025
Bu gün III MDB Oyunlarının altıncı yarış gününə start veriləcək. 
Bu gün 7 idman növü üzrə yarışlar təşkil olunacaq. 
Gəncə İdman Sarayında üzgüçülük yarışı davam edəcək. Həmçinin burada voleybol oyunları baş tutacaq. A qrupunda Rusiya Belarusla üz-üzə gələcək. B qrupunda Özbəkistan və Tacikistan qarşılaşacaq.
Qəbələ şəhər stadionunda növbəti futbol matçları keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi Qırğızıstanla görüşəcək. B qrupunda isə Rusiya Özbəkistanla münasibətlərə aydınlıq gətirəcək.
Bundan başqa, Qəbələ Atıcılıq Mərkəzində stend atıcılığı ("skeet” və "trap” növləri) üzrə təsnifat və final qarşılaşmaları keçiriləcək. 
Qəbələ Olimpiya İdman Kompleksində badminton yarışları davam edəcək. A və B qruplarında növbəti görüşlər baş tutacaq. Həmçinin yarımfinal oyunları keçiriləcək.
Yevlax Olimpiya İdman Kompleksində isə boks üzrə yarışlarda 1/4 final görüşləri təşkil olunacaq.
Şəki Olimpiya İdman Kompleksində isə batut gimnastikası üzrə yarışlar başlayacaq.


9983 oxunub

InvestAZ