XƏBƏR LENTİ
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026



Karri qardaşları eyni klubda oynayacaqlar
İdman 21:59 / 01.10.2025
"Qolden Steyt Uorriors" rəhbərliyi Set Karri ilə bir mövsümlük müqavilə imzalayıb. Bu barədə şimali amerikalı jurnalist və ESPN insayderi Şəms Çaraniya sosial şəbəkədəki səhifəsində məlumat verib.
Qeyd edək ki, 35 yaşlı Set həm də "Qolden Steyt”də çıxış edən ulduz mühafizəçi Stiven Karrinin kiçik qardaşıdır.
Set keçən mövsümü «Şarlotta Hornets»də keçirib. O, əvvəlki komandasında hər oyuna 15,6 dəqiqə orta hesabla 6,5 xal və 1,7 ribaund yığıb. Set həm də üç nöqtəli vuruşu ilə məşhurdur.

8045 oxunub

InvestAZ