III MDB Oyunları çərçivəsində Şəki Olimpiya İdman Kompleksindən keçirilən batut gimnastikası üzrə yarışlar davam edir. Bu gün Selcan Mahsudovanın bürünc medalının ardından komandamızın daha bir üzvü mükafatçılar sırasında yer alıb. Millimizin heyətində batut gimnastikası üzrə kişilərin mübarizəsində Maqsud Mahsudov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gimnastımız fərdi yarışlarda hakimlərdən 60.190 xal toplayıb.
Qeyd edək ki, III MDB Oyunları çərçivəsində keçirilən batut gimnastikası üzrə yarışlar bu gün başa çatacaq.
167 oxunub