Fransa Liqa 1-də altıncı turun Oyunlarına start verilib.
Turun açılış matçında "Strazburq” klubu "Marsel"i qonaq edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın 49-cu dəqiqəsində Abdul Ouattara meydan sahiblərini hesabda irəli çıxarıb. Lakin "Marsel"in futbolçusu Pier Emerik Obemeyanq qarşılaşmanın 78-ci dəqiqəsində hesabı bərabərləşdirib. 90+1-ci dəqiqədə isə Amir Murillo "Marsel"ə qələbə qazandıran qolu vurub. Beləliklə, qələbə sayəsində aktivinə üç xal yazdıran qonaqlar 12 xalla birinci pilləyə yüksəlib. eyni xala malik olan "Strazburq" isə beşincidir.
1845 oxunub