Bu gün futbol üzrə Misli Premyer Liqasında VII turun oyunlarına start veriləcək.
Turun ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq. Günə "İmişli" - "Araz-Naxçıvan" oyunu ile start veriləcək. "Liv Bona Dea Arena"da keçirilən oyununun start fiti saat 17:00-da səslənəcək. Qarşılaşmanın baş hakimi Cavid Cəlilov olacaq.
Günün ikinci oyununda "Neftçi" komandası "Zirə"nin qonağı olacaq. Zirə İdman Kompleksinin stadionunda təşkil olunan oyuna saat 19:30-da start veriləcək. Oyunun baş hakimi Kamal Umudlu olacaq.
Qeyd edək ki, turun digər oyunları oktyabrın 4-5-də təşkil olunacaq.
217 oxunub