XƏBƏR LENTİ
14 Avqust 2025
13 Avqust 2025
12 Avqust 2025
11 Avqust 2025



Hemiltonun restoranları iflasa uğrayır
İdman 18:22 / 12.08.2025
Yeddiqat Formula 1 çempionu Lyuis Hemiltonun həmtəsisçisi olduğu «Neat Burger» restoranlar şəbəkəsi iflasa uğramaq təhlükəsi ilə üzləşib. QSR Media portalının yaydığı məlumata görə, əsas diqqəti vegeterianlar üçün qidalara yönəldən şəbəkə 6 il əvvəl Hollivud super ulduzu Leonardo Di Kaprionun dəstəyi ilə açılıb. Londonda (Böyük Britaniya), Milanda (İtaliya) və Nyu-Yorkda (ABŞ) bir neçə restoran açılıb.
Şirkət son bir neçə ildə böyük maliyyə çətinliyi ilə üzləşib. 2022-ci ildə 7,9 milyon funt sterlinq (təxminən 10,6 milyon dollar) ziyanla işləyən şirkət 2023-cü ildə İngiltərədəki restoranlarının yarısının bağlandığını elan etmişdi.

699 oxunub

InvestAZ