XƏBƏR LENTİ
09 Dekabr 2025
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025



Qadın basketboçu liqa tarixində rekord göstərib
İdman 11:58 / 11.08.2025

Qadınların Milli Basketbol Assosiasiyasının (WNBA) adi mövsümündə "Phoenix Mercury" "İndiana Fever"lə üz-üzə gəlib.

Oyun 95:60 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Maraqlıdır ki, "Feniks”in hücumçusu Alissa Tomas bu matçda 18 xal, 11 ribaund və 10 məhsuldar ötürmə ilə tripl-dabl edib. X sosial şəbəkəsindəki rəsmi NBA hesabının verdiyi məlumata görə, Tomas WNBA tarixində ardıcıl üç tripl-dabl edən ilk basketbolçu olub. 33 yaşlı basketbolçu karyerasında artıq 19-cu tripl-dabldır. Ondan başqa liqada heç kim dörddən çox nailiyyət əldə etməyib.


8829 oxunub

InvestAZ