"İnter"in müdafiəçisi Benjamin Pavard "Qalatasaray"ın hədəfinə düşüb.
Olimpiyadunyasi.com insayder Matteo Morettonun məlumatına istinadən xəbər verir ki, artıq tərəflər 29 yaşlı dünya çempionu ilə bağlı danışıqlara start verib.
Qeyd edək ki, Pavardın Milan təmsilçisi ilə müqaviləsi gələn ilin 30 iyun tarixinə qədər qüvvədədir. Transfermarkt portalı fransalı futbolçunun transfer dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.
743 oxunub