XƏBƏR LENTİ
08 Avqust 2025
07 Avqust 2025
05 Avqust 2025
04 Avqust 2025
02 Avqust 2025
01 Avqust 2025
31 İyul 2025
29 İyul 2025
27 İyul 2025
26 İyul 2025
25 İyul 2025



Bakıda beynəlxalq padel kubokunun ikinci mərhələsi yekunlaşıb
İdman 12:35 / 08.08.2025

Azərbaycan Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə "Crocus Fitness Sea Breeze" beynəlxalq padel kubokunun ikinci mərhələsi yekunlaşıb.

Qurumdan verilən məlumata görə, italiyalı Rikkardo Sinikropi - Stiv Pyernikola Strakuadaini cütü çempion olub. Ukraynalılar - Artyom Avdiyev və Boqdan Levçuk gümüş medal qazanıblar. İlk "üçlüy”ü isə israilli Aleksandr Qluşko və Alon Fayman tamamlayıb. Mükafatları Azərbaycan Tennis və Padel Federasiyasının vitse-prezidenti Mehman Qocayev, icraçı direktor Səbirə Abdullayeva və baş məşqçi Yalçın Manaflı təqdim ediblər.

Beynəlxalq yarışda Azərbaycanla yanaşı, İtaliya, Moldova, Türkiyə, Gürcüstan, Latviya, Sudan, Ukrayna, İsrail və Qazaxıstandan olan idmançılar iştirak ediblər. Ümumilikdə isə 30 padelçi medallar uğrunda yarışıb.


121 oxunub

InvestAZ