XƏBƏR LENTİ
08 Avqust 2025
07 Avqust 2025
05 Avqust 2025
04 Avqust 2025
02 Avqust 2025
01 Avqust 2025
31 İyul 2025
29 İyul 2025
27 İyul 2025
26 İyul 2025
25 İyul 2025



Çempionlar Liqası: III təsnifat mərhələsinin ilk oyunları yekunlaşdı
İdman 08:02 / 07.08.2025
Futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
İkinci oyun günündə daha altı qarşılaşma təşkil olunub. Günün maraqla gözlənilən oyunlarından biri Niderlandda baş tutub. "Feyenoord" klubu doğma meydanda Türkiyənin "Fənərbağça" komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb -2:1.
Günün digər oyunlarında "Kayrat" (Qazaxıstan) - "Slovan Bratislava"ya (Slovakiya) 1:0; "Brügge" (Belçika) isə səfərdə "Zalsburq"a (Avstriya) minimal hesabla (0:1) qalib gəlib. Bolqarıstanın "Ludoqorets" və Macarsıtanın "Ferentsvaroş" komandaları arasında oyunda qalib müəyyənləşməyib -0:0. "Lex" (Polşa) - "Srvena Zvezda" (Serbiya) oyununda qonaqlar 1:3 hesablı qələbəyə seviniblər. Fransanın "Nitsa" və Portuqaliyanın "Benfika" klublarının müabrizəsində də qonaqlar üstün tərəfə olublar. Oyun "Benfika"nın 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, tərəflər arasında cavab görüşləri bir həftə sonra, avqust ayının 12-də təşkil olunacaq.

318 oxunub

InvestAZ