Bu gün futbol üzrə UEFA Konfrans LiqasındaIII təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Paytaxt təmsilçisi "Sabah" da bu gün III təsnifat mərhələsində ilk oyununa çıxacaq. Rəqib Bolqarıstanın "Levski” klubu olacaq. Sofiya şəhərindəki Georgi Asparuxov stadionunda keçiriləcək oyunun start fitiBakı vaxtı ilə saat 22:00-da səslənəcək. OyunuXorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.
Qeyd edək ki, "Sabah" II təsnifat mərhələsində Moldovanın "Petrokub" klubuna qalib gəlib.