XƏBƏR LENTİ
14 Avqust 2025
13 Avqust 2025
12 Avqust 2025
11 Avqust 2025



PSJ UEFA Superkubokunun qalibi oldu
İdman 01:21 / 14.08.2025
Fransanın PSJ klubu UEFA Superkubokunun qalibi olub. 
İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda keçirilən həlledici oyunda parislilər Avropa Liqasının qalibi İngiltərənin "Tottenhem" klubuna qalib gələrək baş mükafata sahib olub. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Matça fəal başlayan ingilislər 39-cu dəqiqədə hesabı açıblar. Mini Van de Ven fərqlənib. Matçın 48-ci dəqiqəsində isə Romero fərqi iki topa çatdırıb. Lakin Luis Enrikenin komandası təslim olmayıb. Əvvəlcə Lee Kanq-in fərqi minimuma endirib. 90+4-cü dəqiqədə isə Qandakı Ramos hesabı bərabərləşdirərək matçı əlavə dəqiqələrə daşıyıb. Qalibi müəyyənləşdirmək üçün oynanılan əlavə dəqiqələrdə komandalardan heç biri fərqlənə bilmədiyindən penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (4:3) parislilər tarixində ilk dəfə UEFA Superkubokun qalibi olub. 

230 oxunub

InvestAZ