XƏBƏR LENTİ
14 Avqust 2025
13 Avqust 2025
12 Avqust 2025
11 Avqust 2025



Cüdo məşqçiliyi üzrə sertifikat proqramı çərçivəsində “nage-no-kata” üzrə seminar keçirilib
İdman 13:04 / 12.08.2025

Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramı çərçivəsində "nage-no-kata” üzrə seminar keçirilib.

Olimpiyadunyasi.az Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinə istinadən xəbər verir ki, Seminar BCF Akademiyasının təhsil direktoru, Avropa Cüdo Birliyinin baş kata komissarı Slavişa Bradiçin rəhbərliyi ilə baş tutub. Təlim zamanı iştirakçılara "nage-no-kata”nın nəzəri əsasları, texniki icra qaydaları və tədris metodikası ətraflı izah olunub. Praktiki məşğələlərdə məşqçilər hərəkət ardıcıllıqlarını yerinə yetirərək texniki dəqiqliyin artırılması və kata tədrisində qarşılaşılan çətinliklərin aradan qaldırılması üzrə tövsiyələr alıblar.


724 oxunub

InvestAZ