"Vilyarreal"ın yarımmüdafiəçisi Arnaud Danjuma yeni mövsümə "Valensiya"da başlayacaq.
Ötən mövsümü "Jirona"da icarə əsasında keçirən 28 yaşlı niderlandlı "sarı sualtı qayıqlar”a qayıtsa da, klub onun çıxışından narazı qalıb. Bu səbəbdən "Vilyarreal" futbolçu ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozub. "Yarasalar"ın rəsmi saytı xəbər verir ki, Danjuma azad agent kimi "Valensiya" ilə 3 illik müqavilə imzalayıb.
821 oxunub