XƏBƏR LENTİ
14 Avqust 2025
13 Avqust 2025
12 Avqust 2025
11 Avqust 2025



Millimiz Belçikaya yollanıb
İdman 10:55 / 12.08.2025

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyun üçün Belçikaya gedib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığmamız Roeselare şəhərinə yollanıb.

Komanda avqustun 13-də yerli komanda ilə üz-üzə gələcək. Qarşılaşma yerli vaxtla saat 20:15-də start götürəcək.

Ötən il bu komandalar arasında baş tutmuş ilk oyunda rəqibin 3:0 hesablı qələbəsi qeydə alınıb.


754 oxunub

InvestAZ