XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Klublararası dünya çempionatında qrup mərhəlsinin ilk turuna yekun vuruldu
İdman 12:20 / 19.06.2025
İtaliyanın "Yuvemtus” klubu Klublararası dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb.
G qrupunda yer alan Turin təmsilçisi ilk oyunda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn” klubunu 5:0 hesabı ilə məğlub edib. "Qoca sinyora”nın heyətində Randal Kolo Muani (11, 45+4), Françisko Konseisao (21, 58) və Kenan Yıldız (31) fərqlənib. Böyükhesablı qələbə sayəsində üç xal qazanan "Yuventus” G qrupunda liderliyə yüksəlib. İtaliya təmsilçisi ilə eyni xala malik olan "Mançester Siti” vurulan qollara görə ikinci pillədə qərarlaşıb.
Aktivində xalı olmayan "Vidad” və "Əl-Ayn” komandaları isə üçüncü, dördüncü yerləri bölüşürlər.
Qeyd edək ki, qrupda ikinci turun oyunları iyunun 22-23-də keçiriləcək.

16175 oxunub

InvestAZ