XƏBƏR LENTİ
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026



“Sabah”ın Avropa Liqasındakı potensial rəqiblərinin adına aydınlıq gəldi
İdman 15:43 / 18.06.2025

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə Azərbaycan kubokunun sahibi "Sabah”ın da potensial rəqibləri müəyyənləşib. Paytaxt təmsilçisi birinci təsnifat mərhələsini adlayacağı təqdirdə, növbəti raundda AEK (Kipr) – "Partizan” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Komandalar arasında ilk matç iyulun 24-də evdə, cavab oyunu ayın 21-də səfərdə olacaq.

Qeyd edək ki, "Sabah” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın "Sele” klubu ilə qarşılaşacaq. Komanda ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə bir həftə sonra səfərdə keçirəcək.


15363 oxunub

InvestAZ