XƏBƏR LENTİ
01 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026



“Parlayan günəşlər” idman oyunları daun sindromlu şəxsləri bir araya gətirdi
İdman 10:17 / 25.04.2025

Bakı Atletika Mərkəzində daun sindromlu şəxslər arasında "Parlayan günəşlər” adlı beynəlxalq idman oyunları keçirilib.

Yarış Daunlu İdmançılara Dəstək İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunub. Oyunlarda Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan və Qırğızıstandan olan idmançılar iştirak ediblər.

Tədbirin açılış mərasimində Gənclər və idman naziri Fərid Qayıbov, ictimaiyyət nümayəndələri və bir sıra xarici qonaqlar iştirak ediblər.

Turnirin əsas məqsədi daun sindromlu şəxslərə cəmiyyətin diqqətini cəlb etmək, onların cəmiyyətə inteqrasiyasını təşviq etmək və bu kateqoriyadan olan idmançıların beynəlxalq yarışlara hazırlıq səviyyəsini yüksəltməkdir.


12617 oxunub

InvestAZ