XƏBƏR LENTİ
14 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026



Yüksək Liqanın finalı: “Murov Az Terminal” və “Azərreyl” arasında həlledici qarşılaşma 
İdman 10:55 / 25.04.2025

Bu gün kişilər arasında Azərbaycan Yüksək Liqasının finalında çempionluq taleyinə aydınlıq gələcək.

"Olimpiyadunyasi.com" xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq həlledici oyunda"Murov Az Terminal” və "Azərreyl” kollektivləri qarşılaşacaq.

Oyunun start fiti saat 15:00-da səslənəcək.

Xatırladaq ki, Gənclər və İdman NazirliyininVoleybol Mərkəzində keçirilən final mərhələsinin ilk qarşılaşmasında "Azərreyl” rəqibini 3:0 hesabı ilə məğlub edib və seriyada önə keçib. Turnirin qaydalarına əsasən, çempion iki oyunun yekununa görə müəyyənləşəcək. Hər iki komanda bir qələbə qazansa və xallar bərabər olsa, qalibin adına "qızıl set”də aydınlıq gələcək.


11886 oxunub

InvestAZ