XƏBƏR LENTİ
08 Noyabr 2025
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025



Cüdoçumuz Avropa çempionatının bürünc medalını qazandı
İdman 19:19 / 23.04.2025

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatına start verilib. 

"Olimpnews.az" xəbər verir ki, yarışın ilk günündə Azərbaycan komandasının 4 çəki dərəcəsi üzrə 5 idmançısı mübariəzəyə başlayıb.

Komandamız ilk yarış gününü bir bürünc medalla başa vurub. Yeganə medalı komandamıza -60 kq çəki dərəcəsində qüvvəsini sınayan Əhməd Yusifov qazandırıb. 1/16 finalda israilli İzhak Aşpizi mübarizədən kənarlaşdıran idmançımız növbəti mərhələdə rumıniyalı Aleksanrdu Mateni məğlub edib. 1/4 finalda fransalı Luka Mxiedzeyə məğlub olan idmançımız təsəlliverici görüşdə komanda yoldaşı Turan Bayramova qalib gəlib. Cüdoçumuz üçüncü yer uğrunda həlledici görüşdə ispaniyalı Fransisko Qarriqosanı məğlub edərək bürünc medala layiq görülüb. 

Qeyd edək ki, bu gün mübarizə aparan komandamzın digər üzvlərindən Turan Bayramov (-60 kq), Ruslan Paşayev (-66 kq), Könül Əliyeva (-48 kq) və Gültac Məmmədəliyeva (-52 kq) ilk mərhələlərdə məğlub olaraq mübarizəni dayandırıblar.

Xatırladaq ki, aprelin 26-dək davam edəcək fərdi yarışdarda Azərbaycan komandası 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) ilə təmsil olunur.

Aprelin 27-də isə cüdoçular komanda yarışlarında güclərini sınayacaqlar.


9839 oxunub

InvestAZ