XƏBƏR LENTİ
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



"Ümid edirəm ki, klub rəhbərliyi Karlo ilə vidalaşmayacaq"
İdman 15:19 / 22.04.2025

"Milan" və Madrid "Real"ının keçmiş baş məşqçisi Fabio Kapello həmyerlisi Karlo Ançelottinin vəziyyəti ilə bağlı fikirlərini bölüşüb. O, qeyd edib ki, "Real"ın son uğursuzluqlarına baxmayaraq Ançelotti ilə yollarını ayırmayacaq. "Karlo dünyanın ən uğurlu məşqçisidir. O, "Real"ın problemlərini həll edə bilmir. Bu hələ son deyil. Ümid edirəm ki, klub rəhbərliyi Karlo ilə vidalaşmayacaq. Onun "Real"a qazandırdığı nəticələri unutmaq olmaz", - deyə pianetamilan.it Kapellodan sitat gətirir. 

Qeyd edək ki, Kapello iki dəfə - 1996/1997 və 2006/2007 mövsümlərində Madrid "Real"ının baş məşqçisi olub.


12020 oxunub

InvestAZ